Modern.az

Ukraynada qadın hərbçilərin ölkədən çıxışı məhdudlaşdırılır

Ukraynada qadın hərbçilərin ölkədən çıxışı məhdudlaşdırılır

Dünya

7 Sentyabr 2023, 14:16

Hərbi qeydiyyatda olan qadınların Ukraynanı tərk etməsi məhdudlaşdırılacaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu prezidentin Ali Radadakı nümayəndəsi Fyodor Venislavski bildirib.

 

O xatırladıb ki, oktyabrın 1-dən qadın həkimlər hərbi qeydiyyatdan keçməlidirlər ki, bu da xaricə səyahətə məhdudiyyətlər nəzərdə tutur.

 

"Əgər onlar qeydiyyatdadırlarsa, o zaman hərbi xidmət keçməli şəxs statusu əldə edirlər. Hərbi xidmətə cəlb olunan şəxslər isə onlar üçün müəyyən edilmiş qaydada, yəni müvəqqəti getmək hüququ verən sənədləri olduqda xaricə gedirlər. Əgər bu yoxdursa, o zaman onların da kişilər kimi hüquqları məhdudlaşdırılacaq", - nümayəndə qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...