Modern.az

Putinin atasının adını deyə bilmədi - VİDEO

Putinin atasının adını deyə bilmədi - VİDEO

Dünya

7 Sentyabr 2023, 14:44

Rusiya prezidenti Vladimir Putin bu gün federasiya subyektlərindən Mordoviya Respublikasının başçısı Artyom Zdunovu qəbul edib.

 

Modern.az xəbər verir ki, görüşdə məzəli anlar yaşanıb.

 

Belə ki, Mordoviya rəhbəri Putinin atasının adını deməyə çətinlik çəkib. O, "Vladimir Vladimiroviç" əvəzinə "Vladimir Anatoliç Antoniç Vladimiç" deyib.

 

Daha sonra tərəflər respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirəsinə keçiblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu