Moskvada paytaxt merinin və yerli deputatlarının seçkiləri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
“Moskvada Seçki Müşahidə Qərargahı işləyir, seçki məntəqələrimiz açılıb. Videoyayım işləyir, amma biz də işləyirik, yatmırıq”, - Moskvada Seçkiləri Müşahidə üzrə İctimai Qərargahın rəhbəri Vadim Kovalev bildirib.
Onun sözlərinə görə, İctimai Palatadan olan müşahidəçilərin 100 faizi artıq seçki məntəqələrində qeydiyyatdan keçib.
2023-cü ildə əksər bölgələrdə seçkilər 3 gün ərzində keçiriləcək. Əsas səsvermə günü sentyabrın 10-da olacaq.