Modern.az

Conson Ukraynaya görə Qərbi sərt TƏNQİD ETDİ

Conson Ukraynaya görə Qərbi sərt TƏNQİD ETDİ

Dünya

14 Sentyabr 2023, 17:04

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökuməti Ukrayna ilə bağlı siyasətinə görə sərt tənqid edib.

Modern.az xəbər verir ki, Conson “Spectator” jurnalındakı köşə yazısında qeyd edib ki, Böyük Britaniya təcili olaraq Kiyevi ehtiyac duyduğu daha çox silahla təmin etməlidir.

Conson Qərbə müraciətlə "Biz nə edirik, nəyi gözləyirik" deyib.
 

Keçmiş baş nazir Ukraynanı təcili olaraq haubitsalar, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə təmin etməyə çağırıb.

Onun sözlərinə görə, ukraynalılar isti sözlər deyil, “işi bitirmək üçün silah” istəyirlər.


“Mən niyə tərəddüd etdiyimizi başa düşmürəm. Niyə biz həmişə belə yavaşıq? Bu insanların gözünün içinə baxıb gecikməyi necə izah edək? Bu müharibə boyu biz ukraynalıları aşağı, Putini isə çox yuxarı qiymətləndirdik və bu gün də eyni şeyi edirik”.

Siyasətçi təkcə Böyük Britaniyaya deyil, ABŞ və digər Qərb ölkələrinə də müraciət edib.


“Əgər Putin qalib gəlsə, biz isə uğursuzluğa düçar olsaq, o zaman Ukraynanın tarixi Qərbin xəyanət etdiyi aslan ürəkli Ukrayna ordusu haqqında olacaq”, - o yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu