Modern.az

Putin Kim Çen İnə nə hədiyyə etdi...

Putin Kim Çen İnə nə hədiyyə etdi...

Dünya

14 Sentyabr 2023, 17:20

Rusiya prezidenti Vladimir Putin və KXDR lideri Kim Çen İn görüş zamanı bir-birinə hədiyyə verib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

O qeyd edib ki, Putin Şimali Koreya liderinə skafandr əlcəyi, həmçinin yerli istehsal ən yüksək keyfiyyətli karabin hədiyyə edib. Kim Çen İn isə Putinə silah hədiyyə verib.

 

"Başqa hədiyyələr də var idi", - Peskov deyib, lakin onların nə olduğu barədə ətraflı məlumat verməyib.

 

Xatırladaq ki, Kim Çen İn Rusiyaya sentyabrın 12-də gəlib. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də səhər saatlarında Vostoçnıy kosmodromunda baş tutub. Geniş tərkibdə danışıqlar bir saata yaxın davam edib. Sonra Rusiya prezidenti ilə KXDR liderinin təkbətək söhbəti olub. Vladimir Putinin sözlərinə görə, o, KXDR lideri ilə Uzaq Şərq regionundakı vəziyyətlə bağlı “səmimi fikir mübadiləsi” aparıb və kənd təsərrüfatını müzakirə ediblər. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kim Çen İn Rusiya Federasiyası ilə KXDR arasında tibb və təhsil sahəsində əməkdaşlıq imkanları ilə maraqlanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu