Modern.az

Serbiyada 371 mühacir SAXLANILDI

Serbiyada 371 mühacir SAXLANILDI

Dünya

15 Sentyabr 2023, 07:54

Serbiyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 371 qeyri-qanuni immiqrant saxlanılıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Subotiça, Sombor və Kikinda şəhərlərində həyata keçirilən əməliyyatlarda, həmçinin üç avtomat, iki tapança, 25 pasport və 12 şəxsiyyət vəsiqəsi götürülüb.

 

Qeyri-qanuni mühacirlərin immiqrasiya mərkəzlərinə aparılacağı və odlu silahların tapıldığı ərazidə araşdırmaların davam etdiyi bildirilib.

 

Həmçinin təhlükəsizlik qüvvələrinin Subotiçada patrul xidməti həyata keçirəcəyi də qeyd olunub.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu