Modern.az

COVID-19: "Eris"dən sonra çıxan "Pirola" - Təhlükəlidir?

COVID-19:

Dünya

18 Sentyabr 2023, 16:36

Rospotrebnadzor bildirib ki, COVID-19-un “Pirola” adlandırılan BA.2.86 variantı sələflərindən daha yoluxucudur.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Rusiyada "Pirola"nı aşkar etmək üçün testlər, həmçinin bu variantın yaratdığı virusu müalicə etmək üçün dərmanlar var.

 

“Koronavirusun yeni variantı “Pirola” əvvəllər müəyyən edilmiş “omikron” variantları ilə müqayisədə bir sıra əlavə mutasiyalara malikdir və o, sələflərindən daha yoluxucudur”, - Rospotrebnadzorun press-relizində deyilir.

 

Məlumata görə, "Omikron" variantı üçün yenilənmiş peyvəndlər xəstəliyin ağır formalarını və xəstəxanaya yerləşdirilmələrin sayını azaltmaqda effektivdir. Çin və İsveçdə aparılan laboratoriya tədqiqatlarının ilkin nəticələri göstərir ki, bu variant bəzi elm adamlarının əvvəllər iddia etdiyi kimi yoluxucu və ya immun müdafiədən yayınmağa qadir olmaya bilər və “ikinci dalğa” kimi görünmür.

 

Danimarka, Fransa, İsveç və ABŞ da daxil olmaqla, 10-dan çox ölkədə COVID-19-un "Pirola" ştamı ilə yoluxma halları müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, bu, COVID-19-un digər variantları ilə yoluxduqdan və ya peyvənddən sonra əldə edilən immunitetdən yan keçməyi bacaran mutasiya olunmuş alt növüdür.

 

Avqustun sonunda dünyada koronavirusa yoluxma halları artmağa başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu