Modern.az

Kanada və Hindistan arasında qətl-casus QALMAQALI

Kanada və Hindistan arasında qətl-casus QALMAQALI

Dünya

19 Sentyabr 2023, 11:02

"Hindistan hökumətinin məşhur sikx liderin qətlində əli var".

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo bildirib.

 

Hardip Sinq Niccar iyun ayında böyük bir sikx icmasının yaşadığı Vankuverətrafı bölgədə güllələnərək öldürülüb. Kanada səlahiyyətliləri bununla bağlı hind casuslarından şübhələnirlər.

 

Bu səbəbdən Kanada Hindistan kəşfiyyatının rəhbərlərindən olan yüksək rütbəli hind diplomatını ölkədən çıxardığını açıqlayıb.

 

Hindistan Xarici İşlər Nazirliyi bu cür ehtimalları “absurd” adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır