Modern.az

Patruşev Çin XİN başçısı ilə görüşdü

Patruşev Çin XİN başçısı ilə görüşdü

Dünya

19 Sentyabr 2023, 12:04

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada səfərdə olan Çinin xarici işlər naziri Van Yi ilə strateji təhlükəsizlik üzrə məsləhətləşmələr aparır.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Dünən çinli nazir həmkarı Sergey Lavrovla görüşüb və ona ABŞ prezidenti Co Baydenin köməkçisi Ceyk Sallivanla son danışıqları barədə məlumat verib.

 

Lavrov çinli həmkarına Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfərinin nəticələri barədə danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu