Macarıstan prezidenti Katalin Novak "SpaceX" şirkətinin sahibi İlon Maskla görüşüb.
Modern.az xəbər verir ki, Novak bu barədə X-də paylaşım edib.
Görüşdə Maskın oğlu da iştirak edib. "Uşaqlarsız gələcək yoxdur", - deyə Macarıstan prezidenti görüşdən çəkilən fotoya başlıq yazıb.
Qeyd edək ki, Mask bundan əvvəl ABŞ-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüş keçirmişdi.