Modern.az

CHP-nin qurultay tarixi BƏLLİ OLDU

CHP-nin qurultay tarixi BƏLLİ OLDU

Dünya

26 Sentyabr 2023, 16:44

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultay keçirəcəyi tarix məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Partiya Məclisi qərar qəbul edib.

 

Qərara görə, qurultay tarixi kimi 4-5 noyabr müəyyən olunub. Ayın 4-də partiya sədrinin, 5-də isə məclis üzvlərinin seçilməsi üçün seçkilərin təşkili nəzərdə tutulub.

 

CHP parlament fraksiyasının rəhbəri Özgür Özel sədrliyə namizədliyini elan edib.

 

Qeyd edək ki, bu il 100 yaşını qeyd edən CHP-nin qurucusu Mustafa Kamal Atatürkdür. Partiya dünyanın ən qədim siyasi təşkilatlarından hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu