Modern.az

Norveç Ukraynaya 92 milyon dollar ayırdı

Norveç Ukraynaya 92 milyon dollar ayırdı

Dünya

26 Sentyabr 2023, 17:08

Norveç "müharibənin növbəti qışından" sağ çıxmaq üçün Ukraynaya 92 milyon dollar ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə CNN Norveç hökumətinin bəyanatına istinadən məlumat yayıb.

 

Maliyyələşdirmə ən həssas təbəqələrə, uşaqlara, qaçqınlara və köçkünlərə mənzil, qida, su, təhsil, səhiyyə və psixoloji dəstək kimi həyat xilasedici yardımların göstərilməsi üçün istifadə olunacaq. Norveçin xarici işlər naziri Anniken Huitfeldt, deyib ki, Rusiyanın qəddar hərbi hərəkətləri Ukraynanın mülki əhalisinə böyük əzab verir.

 

"Ukraynalılar növbəti müharibə qışından sağ çıxmaq üçün bizim köməyimizə ehtiyac duyurlar", - o əlavə edib.

 

Yardım BMT və Qırmızı Xaç tərəfindən Ukrayna üçün yaradılmış mövcud proqramlar çərçivəsində bölüşdürüləcək. NATO-nun qurucu dövlətlərindən olan Norveç daha əvvəl Ukraynaya F-16 döyüş təyyarələri göndərdiyini açıqlamışdı. Oslo həmçinin ölkənin qaz və elektrik təchizatını təmin etmək üçün zenit raketləri, minalardan təmizləmə dəstləri və əlavə vəsait bağışlayıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu