Modern.az

Latviya Rusiya və Belarusla sərhədlərini bağlaya bilər

Latviya Rusiya və Belarusla sərhədlərini bağlaya bilər

Dünya

26 Sentyabr 2023, 17:30

Latviyanın Rusiya və Belarusla sərhədləri bağlana bilər.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Edqar Rinkeviç Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşündə danışıb.

 

"Latviya kütləvi miqrant axını halında Rusiya və Belarusla sərhədi tamamilə bağlamağa hazırdır", - o qeyd edib.

 

Prezident bunun mümkünlüyünə işarə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu