Modern.az

Rusiyanın əks-hücumları uğursuzdur, amma... - ZELENSKİ

Rusiyanın əks-hücumları uğursuzdur, amma... - ZELENSKİ

Dünya

11 Oktyabr 2023, 10:34

"Rusiya əks-hücumlara davam edir, lakin heç bir nəticə yoxdur".

 

Modern.az xəbər verir ki, bunu “France 2” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Biz addım-addım irəliləyirik", - deyə Zelenski bildirib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri gözlənilən və istədiyi kimi sürətlə hərəkət etmir. 

 

"Lakin irəliləyiş var və Rusiyanın əks-hücumları uğursuzdur", - prezident əlavə edib.

 

Zelenski vurğulayıb ki, Ukraynaya yardım kəsilərsə, qlobal miqyasda zaman Rusiyanın xeyrinə oynayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!