Modern.az

Britaniya Ukraynaya 123 milyon dollarlıq paket ayırır

Britaniya Ukraynaya 123 milyon dollarlıq paket ayırır

Dünya

11 Oktyabr 2023, 10:44

Böyük Britaniya Ukraynaya 123 milyon dollarlıq yeni yardım paketi elan edəcək.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

 

O deyib ki, bu barədə qərar Ramşteyn toplantısında bu gün elan ediləcək. Yardım paketinə aşağıdakılar üçün avadanlıq daxildir:

 

minatəmizləmə;
avtomobilə texniki qulluq;
kritik infrastrukturu qorumaq üçün müdafiə strukturlarının gücləndirilməsi.

 

Bundan əlavə, Böyük Britaniya Ukrayna Beynəlxalq Fondu vasitəsilə əldə etdiyi növbəti hava hücumundan müdafiə müqavilələrinin imzalanacağını elan edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!