Modern.az

Zelenski Belçikaya getdi - NATO-da görüş, Ramşteyn...

Zelenski Belçikaya getdi - NATO-da görüş, Ramşteyn...

Dünya

11 Oktyabr 2023, 10:52

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ramşteyn formatında görüşün keçiriləcəyi Belçikaya gözlənilməz səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Daylan Uayt X-də paylaşım edib.

 

Belə ki, prezident Alyansın Brüsseldəki mənzil-qərargahına gəlib: “NATO-nun baş katibi Yens Stoltenberq bu səhər prezident Vladimir Zelenskini NATO-nun mənzil-qərargahında qarşılayacaq”.

 

Görüşdən sonra dövlət başçısı və Alyansın baş katibi jurnalistlərlə söhbət edəcək və bundan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!