Modern.az

Belçika Ukraynaya F-16 tədarük edəcək - F-35 qarşılığında

Belçika Ukraynaya F-16 tədarük edəcək - F-35 qarşılığında

Dünya

11 Oktyabr 2023, 11:04

Belçika 2025-ci ildən başlayaraq Ukraynaya bir neçə F-16 qırıcısı göndərəcək.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Ludivine Dedonder açıqlayıb.

 

Nazirin sözlərinə görə, təhvil veriləcək qırıcıların sayı onları əvəz etmək üçün Belçikaya verilən F-35-lərdən asılı olacaq.

 

F-16-nın təhvil verilməsi ilə yanaşı, ölkə ukraynalı pilotlara təlim keçməyə davam edəcək və bütün təyyarə parkının texniki xidmətini öz üzərinə götürməyi təklif edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!