Modern.az

Zelenskidən Avropa liderlərinə tövsiyə - İsrailə gedin!

Zelenskidən Avropa liderlərinə tövsiyə - İsrailə gedin!

Dünya

11 Oktyabr 2023, 11:36

Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə sadə insanlara dəstək olmaq üçün İsrailə getməyi tövsiyə edib.

 

Modern.az xəbər verir ki, Zelenski NATO iclası başlamazdan əvvəl jurnalistlərlə danışıb.

 

O deyib ki, terror aktları kontekstində qlobal dəstəyi hiss etmək və bu təhlükə ilə tək qalmamaqdan daha vacib heç nə yoxdur.

 

Qeyd edək ki, Ukrayna prezidenti Belçikada səfərdədir, o, NATO baş katibi Yens Stoltenberqlə görüş və Ramşteyn toplantısına qatılmaq üçün Brüsselə gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!