Modern.az

Britaniya Rusiya AES-lərinə qarşı təxribatlara kömək edir - FTX rəhbəri belə deyir

Britaniya Rusiya AES-lərinə qarşı təxribatlara kömək edir - FTX rəhbəri belə deyir

Dünya

11 Oktyabr 2023, 12:44

Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov onun sədrliyi ilə Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında çıxış edib.

 

Modern.az TASS-a istinadən çıxışın əsas hissələrini təqdim edir.

 

"Qərb Ukraynanı dünyanın hər yerindən terrorçular və muzdlular üçün təlim meydanına çevirib. Təkcə Aİ ölkələrində Ukrayna üçün 17 silahlı təlim düşərgəsi var. Ukraynadakı döyüşlərdə Avropanın 13 şirkətinin əməkdaşları iştirak edir; Ukraynada döyüşlərdə iştirak edən 35 ölkədən 794 muzdlu müəyyən edilib. Britaniya xüsusi təyinatlıları Ukraynaya Rusiya atom elektrik stansiyalarında təxribata hazırlamağa kömək ediblər", - Bortnikov iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!