Modern.az

İsrail 2006-dan bəri istifadə etmədiyi yerüstü raketləri döyüşə cəlb edib

İsrail 2006-dan bəri istifadə etmədiyi yerüstü raketləri döyüşə cəlb edib

Dünya

11 Oktyabr 2023, 12:56

İsrail HƏMAS-a zərbələrin endirilməsində yerüstü raket sistemlərindən istifadə edir.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında hədəflərə aviasiyadan istifadə etməklə zərbələr endirir.

 

Hərbçilər bildiriblər ki, hava hücumları dalğalar şəklində, təxminən 4 saat fasilə ilə həyata keçirilir. Son 24 saat ərzində Qəzzada HƏMAS-ın nəzarətində olan 450 hədəfin vurulduğu açıqlanıb. Bundan əlavə, İsrail ordusu bu gün “yer-yer” raketlərindən də istifadə edəcəyini elan edib.

 

İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqarinin verdiyi məlumata görə, ordu 2006-cı ildən bəri ilk dəfədir ki, Qəzzadakı hədəflərə hücum etmək üçün bu cür yerüstü raket buraxılış qurğularından istifadə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!