ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Bakı və İrəvana səfərindən sonra Fransa və Belçikaya da gedəcək.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti açıqlayıb.
“Bu səfərlər zamanı Bono əsas maraqlı tərəflərlə görüşür. Bono bazar ertəsi Bakıda olub, sonra İrəvanda, ABŞ-a qayıdarkən isə Paris və Brüsseldə dayanacaq”, - deyə bildirilib.
O da əlavə olunub ki, bu, Bononun regiona 1 ay ərzində ikinci səfəridir.
Qeyd edək ki, bu gün o, İrəvana səfəri zamanı xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.