Xəbər verdiyimiz kimi, Fələstin-İsrail qarşıdurması davam etməkdədir.
Modern.az İsrail və Qəzza zolağındakı son vəziyyətlə bağlı dünya mətbuatına nəzər salıb.
“Hizbullah” qruplaşması oktyabrın 11-də Livanın cənubunun bombalanmasına “cavab” olaraq İsrailin mövqelərinə raket zərbəsi endirdiyini açıqlayıb. İsrail ordusu Livan ərazisinin atəşə tutulmasını rəsmən təsdiqləmir.
İsrail ordusu 1200 ölü və 2800 yaralı olduğunu bildirir. Ölənlər arasında ölkə ordusunun 169 əsgəri də var. Həmçinin iki Ukrayna vətəndaşı, 11 Amerika vətəndaşı, bir Almaniya vətəndaşı və bir Rusiya vətəndaşı da ölüb.
Fələstin tərəfi Qəzza zolağında azı 1055 ölü və 5000-dən çox yaralı olduğunu açıqlayıb. Məktəblərə və tibb müəssisələrinə ziyan dəydiyi deyilir.
Xatırladaq ki, son gərginlik oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və buna reaksiya olan əks-hücumla başlayıb.