"Fələstin ərazilərində ruslar arasında itkilər barədə məlumat yoxdur".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliya Zaripova deyib.
"HƏMAS girovları arasında rusların olub-olmaması barədə hələ də məlumat yoxdur. Rusiya diplomatları hazırda Fələstin ərazilərini boşaltmağı planlaşdırmırlar. Rusiya Federasiyasının Qəzza zolağından evakuasiya siyahısına ukraynalılar, belaruslar, qazaxlar və moldovalılar daxildir", - o qeyd edib
"İordan çayının qərb sahilindəki Fələstin ərazilərində vəziyyət hələ də dəyişməyib və sakitlik qorunur", - sözçü əlavə edib.