Modern.az

Norveç Ukraynaya 18.5 milyon verir - Minatəmizləmə üçün

Norveç Ukraynaya 18.5 milyon verir - Minatəmizləmə üçün

Dünya

11 Oktyabr 2023, 17:00

Norveç Ukraynada minaların təmizlənməsi üçün əlavə 18.5 milyon dollar ayırıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.

 

Bildirilib ki, minalardan təmizlənmə mülki əhalinin, xüsusilə də uşaqların həyatını xilas edir və qoruyur, həmçinin ukraynalı fermerlərə məhsul yetişdirmək imkanı vermək üçün həyati əhəmiyyət kəsb edir.

 

Həmçinin Ukrayna humanitar minatəmizləmə ehtiyacları üçün Xorvatiyadan 5 milyon avro, İspaniyadan isə 1.5 milyon avro alacaq.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!