Fələstin-İsrail qarşıdurması davam etməkdədir.
Modern.az xəbər verir ki, "Al Arabiya"nın mənbələrinə istinadən yaydığı məlumata görə, Misir tərəflərə 6 saatlıq atəşkəs təklif edib.
Bildirilib ki, məqsəd Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verilməsidir. Hələlik tərəflərdən heç bir rəsmi reaksiya yayılmayıb.
Qeyd edək ki, gərginlik oktyabrın 7-dən başlayıb.