Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə səfər edib.
Modern.az xəbər verir ki, b u barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb .
Telekanalın məlumatına görə, nazir İsrail vətəndaşları ilə görüşəcək və həmçinin İsrail prezidenti İsaak Hersoq, baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Eli Koen də daxil olmaqla “yüksək səviyyəli İsrail liderləri” ilə danışıqlar aparacaq.
Oktyabrın 11-dən 13-dək ABŞ dövlət katibi Entoni Blinken də bu ölkəyə rəsmi səfər edəcək.
Bir gün əvvəl Ceyms Kleverli HƏMAS-ın hücumunu pisləyib.