Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində təşkilatın qərargahında baş tutub.
Nazirlərin görüşündə regional müdafiə və təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.