Modern.az

Türkiyə hərbçilərinin Livanda qalma müddəti uzadıldı 

Türkiyə hərbçilərinin Livanda qalma müddəti uzadıldı 

Dünya

11 Oktyabr 2023, 23:21

Türkiyə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatı bir il müddətinə uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Böyük Millət Məclisi təsdiqləyib.

 

Qərara əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livanda qalacaqlar.

 

Mandat ilk dəfə 2006-cı ilin sentyabrında Türkiyə parlamenti tərəfindən təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...