ABŞ-ın hərbi-sənaye korporasiyası "Lockheed Martin" Pentaqondan "Sentinel" qitələrarası ballistik raketi üçün döyüş başlığının istehsalı məqsədilə təxminən 996.2 milyon dollarlıq müqavilə alıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.
Bildirilib ki, layihənin 2039-cu ilin oktyabrında başa çatdırılması planlaşdırılır. 2024-cü ildə Pentaqon tədqiqat, təkmilləşdirmə və sınaqlara 26 milyon dollar ayıracaq.