Modern.az

Can Azərbaycanın könlünü alacağıq - CHP sədri

Can Azərbaycanın könlünü alacağıq - CHP sədri

Dünya

13 Noyabr 2023, 17:18

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni seçilmiş sədri Özgür Özel Azərbaycan barədə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Özellə telefon danışığına istinadən jurnalist Yavuz Donat yazıb.

 

"Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Səhv eləmişik. Tamamilə bizim xətamızdır. Yoluna qoyacağıq. Can Azərbaycanın könlünü alacağıq. İlk səfərimi Kiprə və Azərbaycana edəcəyəm", - deyə o jurnalistə bildirib.

 

Qeyd edək ki, Özgür Özel CHP-nin 4-5 noyabr tarixlərində keçirilmiş qurultayında sədr seçilib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək