Modern.az

Bayden Ukrayna və İsrailin maliyyələşməsi ilə bağlı layihəni imzalamağa hazırdır

Bayden Ukrayna və İsrailin maliyyələşməsi ilə bağlı layihəni imzalamağa hazırdır

Dünya

15 Noyabr 2023, 10:20

ABŞ prezidenti Co Bayden müvəqqəti hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi Nümayəndələr Palatasından sonra Konqres Senatı tərəfindən qəbul edilərsə, onu imzalamağa hazırdır.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bunu adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

 

“Əgər qanun layihəsi Senatdan keçərsə, prezident maliyyələşdirmənin hazırkı səviyyəsini saxlayacaq və zərərli siyasi tələbləri özündə əks etdirməyən sənəd imzalayacaq”, - o deyib.

 

Ağ Ev rəsmisi həmçinin Konqresi İsrail, Ukrayna və ABŞ-ın cənub sərhədinin müdafiəsi üçün gələcək maliyyələşdirməyə çağırıb.

 

Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsi və ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi məsələləri ayrıca nəzərdən keçirilir. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı təklif edib. Bayden administrasiyası bütün məqsədlərin bir paketdə həll edilməsini istəyib, lakin respublikaçılar buna qarşı çıxıblar. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə ayrıca 14 milyard dollarlıq yardım layihəsini qəbul edib, lakin Demokratların nəzarətində olan Senat bu təşəbbüsün qarşısını alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək