Modern.az

Özbəkistan və Qırğızıstan Tokioya birgə aviareys açmaq istəyir

Özbəkistan və Qırğızıstan Tokioya birgə aviareys açmaq istəyir

Dünya

15 Noyabr 2023, 16:26

Özbəkistan və Qırğızıstanın turizm agentlikləri bir neçə istiqamətdə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.

 

Özbəkistanın Turizm Komitəsi sədrinin birinci müavini Cəmşid Abdusalomov Qırğızıstanın Turizmin İnkişafı Fondunun prezidenti Abılkasım Şerniyazov ilə görüşüb. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

 

Əsas mövzulardan biri “Tokio – Daşkənd – Bişkek” birgə reyslərinin açılması olub. Lakin bu istiqamətdə planların təfərrüatları açıqlanmayıb. Tərəflər Oşdan iki ölkə sərhədinə əlavə avtobus marşrutlarının çəkilməsi imkanlarını da müzakirə ediblər. Özbəkistan Qırğızıstana avtobus icarəyə götürməyə hazır olduğunu bildirib.

 

Qırğızıstanın Cəlal-Abad vilayətinin Nooken rayonundakı sərhəd-keçid məntəqəsinin təkmilləşdirilməsi məsələsi də qaldırılıb. Tərəflər paritet əsaslarla turistlərin qeydiyyat müddətinin uzadılması məsələsinə baxıblar. Bundan əvvəl Qırğızıstanın turizm sənayesinin nümayəndələrindən ibarət nümayəndə heyəti Fərqanə vadisinin ərazilərinə səfər edib. Fərqanə və Oş vilayətləri arasında turistlərin cəlb edilməsi və onlara xidmət göstərilməsi sahəsində təcrübə mübadiləsinə dair memorandum imzalanıb.

 

Namanqan rayonundakı müəssisələrlə daha bir neçə müqavilə imzalanıb. Onların sayəsində 2024-cü ildə daha 200 min qırğızıstanlı turistin cəlb olunacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək