Modern.az

Hansı ölkələrdə "TikTok" qadağan edilib... - ARAŞDIRMA

Hansı ölkələrdə

Dünya

16 Noyabr 2023, 11:10

Bir çoxları "TikTok" sosial şəbəkəsinin cəmiyyətin mənəviyyatı üçün zərərli olduğunu düşünür. Bu səbəbdən həmin sosial şəbəkənin Azərbaycanda qadağan olunması məsələsi tez-tez gündəmə gəlir. 

 

“Facebook”un qurucusu Mark Zukerberqdən bir yaş böyük olan çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Milyardlarla istifadəçiyə sahib olan platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiaları daha yüksək səslə ifadə edilməyə başlanılıb.

 

Bir neçə ölkədə "TikTok"a müxtəlif məhdudiyyətlər tətbiq edilib.

 

Modern.az “TikTok” tətbiqinin qadağan olduğu ölkələri araşdırıb.

 

Əfqanıstan

 

"Bloomberg" yazır ki, Taliban 2022-ci ilin aprelində Əfqanıstanda “TikTok”u qadağan edib. Buna səbəb kimi platformanın məzmununun "İslam qanunlarına uyğun olmadığı” göstərilib.

 

Avstraliya

 

Bu ilin aprelin 4-də Avstraliya Daxili İşlər Departamenti tərəfindən təhlükəsizlik məsələlərini irəli sürərək tətbiqi bütün federal hökumətə məxsus cihazlarda qadağan edib. Baş prokuror Mark Dreyfus qadağanın “mümkün olan ən qısa zamanda” tətbiq ediləcəyini bildirib.

 

Belçika

 

Belçika hökumət məmurlarının iş telefonlarında “TikTok”dan istifadə etməyə qadağa qoyub. "Biz sadəlövh ola bilmərik: “TikTok” hazırda Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək səlahiyyəti olan şirkətidir", - hökumət başçısı bildirib.

 

Kanada

 

Kanada da bu ilin fevral ayında hökumətə aid mobil cihazlarda “TikTok”u qadağan edib.

 

“Qismən qadağanın tətbiqi “TikTok"un məxfilik və təhlükəsizlik üçün qəbuledilməz səviyyədə riskli olması ilə əlaqədardır. “TikTok”un dövlət mobil cihazlarından silinməsi və bloklanması qərarı, xüsusən də mobil cihazlardan toplanan məlumatları tənzimləyən hüquqi rejimlə bağlı narahatlıqlar nəzərə alınmaqla, ehtiyat tədbiri kimi qəbul edilir və beynəlxalq tərəfdaşlarımızın yanaşmasına uyğundur", - deyə Kanada Xəzinədarlıq Şurasının sədri Mona Fortier bildirib.

 

Danimarka

 

Danimarka Müdafiə Nazirliyi mart ayında işçilərin cihazlarına “TikTok” yükləməsini qadağan edib. Səbəb təhlükəsizliklə əlaqələndirilib.

 

Hindistan

 

Hindistan 2020-ci ildə “TikTok”a qarşı addımlar atmağa başlayıb. Ölkənin suverenliyinə və bütövlüyünə, müdafiəsinə, dövlət və ictimai asayişin təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərdə iştirak etdiyi iddia edilən “TikTok” və 58 digər Çin proqramına ümummilli qadağa tətbiq edib. Qeyd edək ki, hökumət Hindistan və Çin hərbi qüvvələri arasında ölümcül sərhəd toqquşmasından sonra qadağanı həyata keçirib.

 

Niderland

 

Bu ölkədə “TikTok” açıq şəkildə qadağa edilməsə də, rəsmilərə tətbiqdən istifadə etməmələri tövsiyə olunub.

 

Yeni Zelandiya

 

Bir neçə Avropa ölkəsi oxşar qərarlar qəbul etdikdən sonra Yeni Zelandiya parlamenti bütün personal cihazlarında “TikTok”a qadağa qoyub. Məsələylə bağlı hökumətin bəyanatında deyilir: "Bu qərar öz ekspertlərimizin təhlili, hökumət daxilində və beynəlxalq səviyyədə həmkarlarımızla müzakirələr əsasında qəbul edilib".

 

Norveç

Norveç Parlamenti bu ilin mart ayında “TikTok”u hökumət cihazlarında qadağan edib. Buna baxmayaraq dövlət qulluqçularına proqramdan şəxsi cihazlarında peşəkar əsaslarla istifadə etməyə icazə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək