Modern.az

UNİCEF-in direktoru Qəzzaya gedərkən yaralandı

UNİCEF-in direktoru Qəzzaya gedərkən yaralandı

Dünya

15 Noyabr 2023, 23:12

UNİCEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun) icraçı direktoru Ketrin Rassel noyabrın 14-də Qəzza zolağına səfəri zamanı Misirdə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, xanım direktor avtomobil qəzası nəticəsində xəsarət alıb. 

 

Təşkilatın sözçüsü Kurtis Kuper deyib ki, qəzaya görə İsrailə səfərini təxirə salmaq məcburiyyətində qalıb.

 

UNICEF nümayəndəsi bildirib ki, qəzadan sonra Rassel həqiqətən də Qəzza zolağına səfər edib, lakin sonradan həkimlər onun müalicəyə ehtiyacı olduğunu müəyyən ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?