Modern.az

Britaniya sualtı qayığı batma təhlükəsi ilə üzləşib

Britaniya sualtı qayığı batma təhlükəsi ilə üzləşib

Dünya

20 Noyabr 2023, 09:12

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Trident 2” ballistik raketləri daşıyan "Vanqard" sinfinə aid nüvə sualtı qayığı nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Sun” yazıb.

 

Nəşrin məlumatına görə, hadisə zamanı içərisində 140 nəfər olub. Britaniya sualtı qayığı Atlantik okeanında patrul xidmətinə hazırlaşarkən onun dərinlik sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq az qala “təhlükə zonasına” daxil olub. Sualtı qayığın arxa tərəfində olan mühəndislər nasazlığı görüblər və həyəcan siqnalı veriblər.

 

Nəşrin Hərbi Dəniz Qüvvələrindəki mənbəsi Britaniya komandanlığının hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.

 

“Biz əməliyyatları şərh etmirik. Bizim sualtı qayıqlarımız milli maraqları qoruyaraq bütün dünyada yerləşdirilməyə davam edir”, - “The Sun”un həmsöhbəti vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək