Modern.az

KTMT ilə əməkdaşlıqdan imtina gündəmimizdə deyil - Erməni vitse-spiker

KTMT ilə əməkdaşlıqdan imtina gündəmimizdə deyil - Erməni vitse-spiker

Dünya

21 Noyabr 2023, 15:26

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan rəsmi İrəvanın KTMT ilə münasibətlərindən danışıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Arşakyan qurumla əməkdaşlıq etməkdən imtina olunmasının gündəmdə olmadığını bəyan edib.

 

"KTMT ilə əməkdaşlıqdan imtina Ermənistanın gündəmində deyil. Ermənistan KTMT yardım paketindən imtina etdi, çünki təşkilat məsuliyyət zonasının harada başlayıb, harada bitdiyini qeyd etmir", - o deyib.

 

"Bu, açıq şəkildə müzakirə olunub", - parlament sədrinin müavini əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək