Modern.az

Paşinyan Cənubi Qafqazı Yaxın Şərqlə müqayisə etdi

Paşinyan Cənubi Qafqazı Yaxın Şərqlə müqayisə etdi

Dünya

22 Noyabr 2023, 12:18

Ermənistanın baş naziri Nikol Paşinyan Livanın hökumət başçısı Nəcib Mikatiyə məktub göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Məktubda Paşinyan Cənubi Qafqaz və Yaxın Şərq arasında müəyyən paralellər apararaq iki regionu bir-biri ilə müqayisə edib. O məktubda qeyd edib ki, hazırda həm Qafqazda, həm də Yaxın Şərqdə çətinliklər dövrü hökm sürür.

 

"Cənubi Qafqaz və Yaxın Şərq indi çox ciddi ağır maneələr və çətinliklər dövrünü yaşayır", - Paşinyan livanlı həmkarına məktubda yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək