Türkiyənin xarici işlər naziri Hakan Fidan Qərbi Avropaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı məlumatda bildirilib.
Fidan bu gün səfər çərçivəsində həm Fransa, həm də Böyük Britaniya paytaxtlarına baş çəkəcək.
Görüşlərdə əsas müzakirə mövzusunun Qəzza məsələsi, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular olacağı gözlənilir.