Modern.az

Aİ Ukraynaya təhlükəsizlik konsepsiyası hazırlayıb - DETALLAR

Aİ Ukraynaya təhlükəsizlik konsepsiyası hazırlayıb - DETALLAR

Dünya

22 Noyabr 2023, 14:50

Aİ Ukrayna üçün təhlükəsizlik təminatı konsepsiyası hazırlayıb.

 

Modern.az sənəd layihəsini tədqiq edən "Bloomberg"ə istinadən xəbər verir ki, konsepsiyaya aşağıdakılar daxildir:

 

Aİ müdafiə sənayesini səfərbər edərək, Ukraynaya proqnozlaşdırıla bilən, effektiv, davamlı və uzunmüddətli hərbi dəstək,

 

Ukraynanın kiberhücumlara və hibrid təhdidlərə, eləcə də dezinformasiyaya qarşı mübarizəsini gücləndirmək,

 

İmkanların gücləndirilməsi və standartların uyğunlaşdırılması, kəşfiyyat və peyk görüntülərinin mübadiləsi, nüvə təhlükəsizliyinin təmin edilməsi üçün Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlığın dərinləşdirilməsi,

 

Ərazilərin minalardan təmizlənməsinə, habelə partlayıcı qalıqların yaratdığı çirklənmənin aradan qaldırılmasına dəstək,

 

Avropa İttifaqına daxil olmaq üçün zəruri olan islahatların aparılmasına köməklik, 

 

Silahlara nəzarət və qanunsuz dövriyyəyə qarşı mübarizə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək