Modern.az

Paşinyan 3 liderə məktub göndərdi

Paşinyan 3 liderə məktub göndərdi

Dünya

24 Noyabr 2023, 12:34

Ermənistanın baş naziri Nikol Paşinyan 3 ölkənin liderinə məktub göndərib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunlar İspaniya, Argentina və Lüksemburqdur.

 

Belə ki, Paşinyan İspaniya baş naziri Pedro Sançezi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Ermənistan baş nazirinin Argentinanın yeni prezidenti Xavyer Mileyə ünvanladığı təbrik isə onun seçkilərdə qalib gəlməsi ilə əlaqədardır.

 

Paşinyan Lüksemburq baş naziri Lyuk Frideni də "unutmayıb". O, həmkarına vəzifəsinin icrasına başlaması münasibətilə təbrik göndərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...