Modern.az

Putin Qərbi rus mədəniyyətini "ləğv etməkdə" ittiham edir

Putin Qərbi rus mədəniyyətini

Dünya

24 Noyabr 2023, 16:48

"Avtomatlaşdırma və süni intellektin tətbiqi vətəndaşların gəlirlərinin sürətlə artmasına şərait yaradacaq".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Tezliklə Rusiya Federasiyasında süni intellektin inkişafı strategiyasının yeni nəşri təsdiq ediləcək. Süni intellekt həkim və ya müəllimi əvəz etməyəcək, lakin onlara kömək edə bilər", - o əlavə edib.

 

Putin iddia edib ki, bəzi Qərb axtarış sistemləri qərəzlidir və rus mədəniyyətini “ləğv edir”: "Qərb alqoritmləri hətta axtarış sistemlərinə Rusiyanın mövcud olmadığını, rəqəmsal ləğvin baş verdiyini göstərə bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək