Modern.az

Ermənistan KTMT-nin müttəfiqi olub və elə də qalır - Baş katib

Ermənistan KTMT-nin müttəfiqi olub və elə də qalır - Baş katib

Dünya

27 Noyabr 2023, 11:32

"Ermənistan KTMT-nin müttəfiqi olub və elə də qalır".

 

Modern.az xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib.

 

O əlavə edib ki, Minskdəki sessiyada İrəvanın iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur: "Bu, məncə, hər şeyi deyir".

 

"KTMT Katibliyi bilir ki, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub, istənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır, ona heç bir dövlət və ya təşkilat təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır", - baş katib söyləyib.

 

Qeyd edək ki, son vaxtlar Ermənistan və KTMT arasında narazılıqlar müşahidə olunur. İrəvan ardıcıl olaraq təşkilatın tədbirlərinə qatılmaqdan imtina edən siyasət yürüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək