Modern.az

İsrail İlon Maskla RAZILAŞDI

İsrail İlon Maskla RAZILAŞDI

Dünya

27 Noyabr 2023, 14:38

İsrail Qəzza zolağında "Starlink" peyk internet xidmətinin fəaliyyəti ilə bağlı İlon Maskla razılığa gəldiyini açıqlayıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, ölkənin rabitə naziri Şlomo Karxi bu barədə məlumat verib.

 

O qeyd edib ki, bunun üçün rəsmi icazə almaq lazımdır.

 

Keçən ay Karxi İlon Maskın "Starlink" vasitəsilə HƏMAS-ın nəzarətində olan Fələstin ərazisində (Qəzza) beynəlxalq humanitar təşkilatlara dəstək təklifini rədd etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək