Modern.az

Paşinyandan Rusiyanı qəzəbləndirəcək AÇIQLAMA

Paşinyandan Rusiyanı qəzəbləndirəcək AÇIQLAMA

Dünya

12 Fevral 2024, 09:16

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, o, bunu İngiltərənin "Daily Telegraph" qəzetinə müsahibəsində deyib.

 

"Ukrayna vəziyyətində biz Rusiyanın müttəfiqi deyilik. Və bu, reallıqdır", - Paşinyan bildirib.

 

Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!