Modern.az

Ermənistanla çətinliklərimiz arxada qalacaq - PESKOV

Ermənistanla çətinliklərimiz arxada qalacaq - PESKOV

Dünya

6 Mart 2024, 14:44

" Ermənistan tərəfindən Rusiya sərhədçilərini Zvartnots aeroportundan çıxarmaq qərarı verilməyib".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

 

Onun sözlərinə görə, belə bir qərar barədə Rusiyaya məlumat verilməyib.

 

"Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyündən faydalanır. Ümid edirik ki, İrəvan öz xarici siyasətini qurarkən bunu nəzərə alacaq. Rusiya Federasiyasının Ermənistanla münasibətlər qurmaq üçün siyasi iradəsi var, çətinliklər arxada qalacaq", - Peskov əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı