Modern.az

NATO-Ukrayna Şurası təcili toplanır

NATO-Ukrayna Şurası təcili toplanır

Dünya

27 Avqust 2024, 23:55

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə çərşənbə günü NATO-Ukrayna Şurasının iclasını çağıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi alyansın mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

"Görüş səfirlər səviyyəsində keçiriləcək", - NATO sözçüsü Farah Daxlallah deyib.

 

O əlavə edib ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlərinə döyüş meydanındakı vəziyyət və prioritet ehtiyaclar barədə məlumat verməsi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!