Modern.az

Rusiya Xarkovu "İskəndər"lə vurdu - 29 nəfər...

Rusiya Xarkovu "İskəndər"lə vurdu - 29 nəfər...

Dünya

1 Sentyabr 2024, 17:03

Rusiya ordusu Ukraynanın Xarkov vilayətini atəşə tutub.

 

Modern.az xəbər verir ki, Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov şəhərin atəşə tutulması nəticəsində azı 29 nəfərin yaralandığını bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində ticarət mərkəzi, idman infrastrukturu obyekti, yaşayış binaları zədələnib.

 

Bildirilir ki, zərbə "İskəndər" raketi ilə endirilib.

 

Rusiya ordusu hələlik heç bir açıqlama verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış