Modern.az

Putin Pezeşkianla görüşəcək

Putin Pezeşkianla görüşəcək

Dünya

7 Oktyabr 2024, 23:26

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 

Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forumda iştirak edəcək.

 

Rusiya Prezidenti iranlı həmkarı ilə də görüşəcək. 

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?