Modern.az

Netanyahu Trampla görüşmək istəyir

Netanyahu Trampla görüşmək istəyir

Dünya

7 Dekabr 2025, 18:07

İsrail Baş naziri Binyamin Netanyahu dekabrda ABŞ Prezidenti Donald Trampla görüşmək planlarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, o, bu açıqlamanı İsraildə səfərdə olan Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında verib.

 

"İndi sülh üçün imkanlar var və biz onlardan istifadə etməyə can atırıq. Bu ayın sonunda Prezident Trampla görüşəndə bunları onunla müzakirə etməyi planlaşdırıram", - Netanyahu bildirib.

 

Qeyd edək ki, Almaniya kansleri şənbə günü axşam İsrailə gəlib. Gəlişindən sonra onu İsrail Prezidenti İsaak Hersoq qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır