Modern.az

Təyyarə yanacağı rekord həddə bahalaşdı

Təyyarə yanacağı rekord həddə bahalaşdı

Dünya

Bu gün, 10:44

Təyyarə yanacağının qiyməti qlobal bazarlarda Ukrayna müharibəsinin başlanğıcında qeydə alınmış rekordu keçib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, enerji analitiki Con Kemp bir qeyddə bildirib ki, Sinqapurda (Asiyada yanacaq qiymətlərinin əsas göstəricisi kimi) jet yanacağının qiyməti aprel ayından bəri iki dəfə artıb. Yeni statistikaya əsasən, bu yanacağın orta qiyməti hər barel üçün təxminən 166 dollara çatıb; halbuki bu ilin yanvar ayında 82 dollar idi.

Bu rəqəm hətta 2022-ci ildə (Ukrayna müharibəsinin başlanğıcı) qeydə alınmış əvvəlki 160 dollarlıq rekordu da keçib.

Analitik vurğulayıb ki, yanacaq əmək və kapital xərcləri ilə birlikdə hava sərnişindaşıma şirkətlərinin üç əsas xərcindən biridir. Buna görə də onun qəfil bahalaşması yanacaq alışını riskdən qoruma tədbirləri ilə təmin etməyən aviaşirkətlərə ciddi maliyyə təzyiqi yaradır. Bu artım davam edərsə, hətta riskdən qorunma mexanizmlərindən istifadə edən şirkətlər də təzyiq altında qalacaqlar.

Bloomberg də bir neçə gün əvvəl yaydığı hesabatda bildirib ki, ABŞ-ın İrana qarşı müharibəsi və Hörmüz boğazının bağlanması nəticəsində jet yanacağının kəskin bahalaşması böyük aviaşirkətləri yay mövsümünün gəlirli səyahət dövründə uçuşların sayını azaltmağa məcbur edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!